Malatyada zəlzələ: Ətraf ərazilərdə də hiss olunub – FOTO

Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, səhər saat 10:48-də yerin 13,9 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Malatyanın Doğanşehir rayonu olub və ətraf ərazilərdə də hiss olunub.

Dağıntılar və tələfat barədə hələlik bir məlumat verilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *