EvCəmiyyətTəyyarə qəzasında həlak olan Balakən sakininin nəşi ailəsinə təhvil verildi

Təyyarə qəzasında həlak olan Balakən sakininin nəşi ailəsinə təhvil verildi

Təyyarə qəzasında Balakən rayonundan həlak olan sonuncu sərnişinin nəşi dekabrın 30-da səhər saatlarında ailəsinə təhvil verilib.

Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.

O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.

SON XƏBƏRLƏR
Mövzu üzrə