Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aza kəndi ərazisində qeydə alınıb.

Belə ki, “NAZ-Lifan” markalı avtomobillə “Lada” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.