Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır

“Azərbaycan Dəmir Yolları “QSC (ADY) bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayını artırır.

Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Belə ki, 31 dekabrda Qəbələdən Bakıya, 2 yanvarda isə Bakıdan Qəbələyə səfər etmək mümkün olacaq.

“30 dekabr-5 yanvar bayram günlərində Bakı-Qəbələ-Bakı qatarları hər gün (1 yanvar istisna olmaqla) hərəkətdə olacaq”,- deyə məlumatda qeyd edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *