Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb

Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Osmanlı kəndində baş verib.

Aralarında yaranmış mübahisə zamanı Sabirabad rayonunun Osmanlı kənd sakini, 2009-cu il təvəllüdlü Bəybala Novruzov həmyaşıdı tərəfindən bıçaqlanıb.

Yeniyetmə sol budunun kəsilmiş-deşilmiş yarası ilə
Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *