Daşkəsəndə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Daşkəsəndə dörd nəfər dəm qazından zəhərlənib.

Median.Az APA-ya istinadla xəbər verir ki, Daşkəsən rayon sakinləri – 1965-ci il təvəllüdlü Z.Alıyeva, 1990-cı il təvəllüdlü S.Alıyev, 1993-cü il təvəllüdlü C.Alıyev və 1999-cu il təvəllüdlü A.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *