Neymar doğma klubuna qayıtdı

Braziliyalı hücumçu Neymar “Santos” klubu ilə müqavilə imzalayıb.

Bu barədə komandanın “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

“Şahzadə geri döndü”, – Braziliya klubunun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Neymar karyerasına “Santos”da başlayıb və “Barselona”ya transfer olunanadək 2009-2013-cü illərdə bu klubun şərəfini qoruyub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *