DSMF sədri: “Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək”

“Minimum əməkhaqqının artırılması 700 000 şəxsi əhatə edir”.

Bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.

O bildirib ki, minimum əməkhaqqı artırılan şəxslərdən 400 000 nəfəri dövlət, 300 000 nəfəri isə özəl sektorda çalışır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *