Bakıda icra məmuru qəza törətdi – Ölən var

Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.

Median.Az APA-ya istinadən xəbər verir ki, icra məmuru Tural İsayev “Mercedes-Benz C220” markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *