Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilkə imza atıb

Məhəmməd Salah “Liverpul”da daha bir uğura imza atıb.

O, bu mövsüm komandasının səfər matçlarında 22 qolda (qol + assist) birbaşa iştirak edib.

Bu, Premyer Liqa tarixində bir mövsümdə göstərilən ən yaxşı nəticədir.

Misirli buna “Everton”la görüşdə (2:2) nail olub.

Qeyd edək ki, 32 yaşlı hücumçu bu mövsüm “Liverpul”un heyətində çıxış etdiyi 35 rəsmi matçda 27 qol və 19 assistlə yadda qalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *