Tramp Ukraynada münaqişənin başlama səbəbini açıqladı

“Ukraynada hərbi münaqişənin başlama səbəblərindən biri Qərbin bu ölkəni NATO-ya cəlb etməyə can atmasıdır”.

Median.Az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna müharibədən əvvəl özünün NATO-ya daxil olması perspektivlərinin Rusiya üçün qəbuledilməzliyini başa düşüb:

“Münaqişə məhz bu səbəbdən başladı, çünki Bayden dedi ki, onlar NATO-ya üzv ola bilərlər. O bunu deməməliydi”.

Amerika lideri, həmçinin vurğulayıb ki, Rusiyanın Ukrayna üzrə nə qədər güzəştə getməyə hazır olduğunu bilmir.