EvDünyaABŞ Hindistan ilə "Javelin" və "Stryker"lərin birgə istehsalına başlayacaq

ABŞ Hindistan ilə “Javelin” və “Stryker”lərin birgə istehsalına başlayacaq

Rəsmi Vaşinqton və Nyu-Delhi Hindistanda “Javelin” tank əleyhinə raket sistemlərinin, eləcə də “Stryker” zirehli maşınlarının birgə istehsalını həyata keçirəcəklər.

Bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair dərc olunan birgə bəyanatda qeyd olunub.

Sənəddə həmçinin bildirilir ki, tərəflər qarşılıqlı fəaliyyət və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə hərbi satışları, birgə istehsalı genişləndirmək barədə razılığa gəliblər.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı