Qazaxıstanda mədənin çökməsi zamanı dağıntılar altında qalan yeddi nəfərin meyiti tapıldı

Qazaxıstanın Ulytau vilayətindəki Jomart mədənində baş vermiş uçqun nəticəsində dağıntılar altında qalan yeddi mədənçi həlak olub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yeddi işçinin cəsədi dağıntılar altından çıxarılıb və ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib.

Fakt üzrə cinayət işi qaldırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *