EvDünyaTramp Suriyada "Əl-Qaidə" başçılarından birinin məhv edildiyini açıqlayıb

Tramp Suriyada “Əl-Qaidə” başçılarından birinin məhv edildiyini açıqlayıb

ABŞ hərbçiləri Suriyada “Əl-Qaidə” terror qruplaşmasının başçılarından birini məhv ediblər.

Donald Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

“Son həftəsonu ABŞ qoşunları Suriyada “Əl-Qaidə” üzvlərindən birinə qarşı yüksəkdəqiqlikli hava zərbəsi endirib. Terrorçuların başçısı bütün region boyu “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi”, – D.Tramp yazıb.

D.Tramp, həmçinin uğurlu əməliyyata görə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları təbrik edib.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı