Millimiz Avropa Çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

B Liqasının IV qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *