Gədəbəydə çörək sexində zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Gədəbəydə çörək sexində dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar:

“Fevralın 18-i saat 13:00-da dəm qazından zəhərlənmə səbəbilə 3 nəfər (qadın cinsli) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1972, 1978 və 1986-cı il təvəllüdlü şəxslər zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *