Ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsidə 800-ə yaxın insan ölüb

Ötən il Azərbaycan yollarında 1 427 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1 238-i yaşayış məntəqələrində qeydə alınıb.

Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.

Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1 118 nəfər isə xəsarət alıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *