Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşmüş iki balıqçıdan biri – 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.