Abşeronda gənc oğlan işlədiyi sexdə dəmirin altında qalıb öldü

Abşeron rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə dəmir çərçivə aşıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.