Saatlıda ər-arvad dəm qazından boğulub öldü

Saatlı rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

Hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri – İbrəhim Hüseyn oğlu İsmayılov və Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
//oxu.az