EvCəmiyyətBakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI

Bakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, Sərxan Hüseynlinin müalicəsi Pediatrik reanimasiya şöbəsində davam etdirilir.

“Vəziyyəti orta ağır olaraq qalır”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, hadisə dekabr ayının 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.

SON XƏBƏRLƏR
Mövzu üzrə