2025-ci ildə dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub

Ötən il Azərbaycanın dövlət sərhədində 128 milyon 255 min 862 manat dəyərində qaçaqmal tutulub.

Bu məlumat Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində açıqlanıb.

Həmçinin, bildirilib ki, ötən il ərzində sərhəddə keçirilməsinə cəhd olunarkən aşkarlanan 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.