EvHadisəFüzuli-Horadiz ərazisində güclü yanğın: Tüstüdən zəhərlənən var

Füzuli-Horadiz ərazisində güclü yanğın: Tüstüdən zəhərlənən var

Füzuli-Horadiz ərazisində baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 8-də 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli-Horadiz ərazisində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası bir nəfərə (kişi) zəruri tibbi xidmət göstərib, tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

SON XƏBƏRLƏR
Mövzu üzrə