Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.