Qardaşların duelində qalib müəyyənləşdi

Güləş üzrə Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub.

Median.Az xəbər verir ki, “Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları finalda üz-üzə gəliblər.

Qarşılaşma Murad Əhmədiyevin qələbəsi ilə başa çatıb. 3:1 hesabı ilə qələbə qazanan Murad Əhmədiyev qızıl medalın sahibi olub.

Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.