Kliçko Kiyev sakinlərini şəhəri tərk etməyə çağırdı

Kiyev meri Vitali Kliçko sakinləri mümkün olduqda şəhəri tərk etməyə çağırıb .

Bu barədə şəhər rəhbəri sosial media hesabında paylaşım edib.

“Kimin alternativ elektrik enerjisi və istilik təchizatı olan yerlərə çıxış imkanları varsa, müvəqqəti olaraq paytaxtı tərk etmələri üçün müraciət edirəm”, – deyə Kliçko yazıb.

Kliçkonun sözlərinə görə, hazırda Kiyevdəki çoxmənzilli binaların yarısında (təxminən 6 000) istilik təchizatı yoxdur.

Ukrayna Ali Radanın deputatı Aleksey Kuçerenko isə bildirib ki, kommunal xidmət işçilərinə binadaxili sistemlərdən suyun boşaldılması tapşırılıb. Bu, donmuş su səbəbindən istilik borularının partlamasının qarşısını almaq üçündür.