Azərbaycanla Latviya arasındakı komissiyanın həmsədri dəyişdi – SƏRƏNCAM

Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın həmsədri kənd təsərrüfatı naziri olub.

Bu dəyişikliyə qədər həmsədr ekologiya və təbii sərvətlər naziri idi.