Bakıda 25 yaşlı gəncin hamamda MEYİTİ TAPILDI

Bakıda 25 yaşlı kişi dəm qazından boğulub.

Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60-da baş verib. Həmin ünvanda yaşayan 2001-ci il təvəllüdlü Rüstəm Şabanlı oğlu İsmayılov hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.