“Kəpəz” “Karvan-Yevlax”la qarşılaşacaq

Bu gün Misli Premyer Liqasının təmsilçiləri – “Karvan-Yevlax” və “Kəpəz” yoxlama görüşündə üz-üzə gələcəklər.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl yoxlama matçında “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.