Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı

Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib.

DİN mətbuat xidmətindən verilən xəbərə görə, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.

Araşdırma aparılır.