EvKriminalBakıda məşhur hoteldə ofisiant öldürüldü - FOTO

Bakıda məşhur hoteldə ofisiant öldürüldü – FOTO

Bakıda hoteldə qətl törədilib.

Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində məşhur hotellərdən birində qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı – Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Fotoda Şəmistan Əliyev

SON XƏBƏRLƏR
Mövzu üzrə