Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq diplomat Ramiz Vəliyevin barəsində olan hökmün dəyişdirilməsi ilə bağlı proses keçirilib.

Oxu.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. R.Vəliyevə Amnistiya aktı tətbiq edilib və onun cəzası 5 ildən 4 il 6 aya endirilib.

İttihama görə, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 5 il azadlıqdan məhrum edilib.