Rusiyada hosteldə baş verən yanğında dörd nəfər öldü

Moskva ətrafında yerləşən Balaşixa şəhərində hosteldə baş verən yanğında dörd nəfər ölüb.

Median.Az TASS-a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.

“Balaşixa şəhərinin Zvorıkino məhəlləsində yerləşən hosteldə yanğın olub. Xilasetmə işləri zamanı dörd nəfərin cəsədi aşkar edilib. Daha altı nəfər yaralanıb” – deyə, agentlikdən bildirilib.