20.7 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvKriminalBakıda velosiped oğruları tutuldular

Bakıda velosiped oğruları tutuldular

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən şəxslər saxlanılıblar.

Polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner