Macarıstanın paytaxtı Budapeştdə UEFA Çempionlar Liqasının final matçının əsas vaxtı başa çatıb.
PSJ və “Arsenal” 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməyiblər.
Matçda hesabı londonlular açıblar. 6-cı dəqiqədə Haverts fərqlənib. 65-ci dəqiqədə Dembele penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 1:1.
Komandalar 30 dəqiqəlik əlavə vaxtda və ehtiyac yaranarsa, penaltilər seriyasında qalibi müəyyən edəcəklər.

