24.1 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvHadisəQobustanda dəmiryol stansiyası ərazisində güclü yanğın - VİDEO (Yenilənib)

Qobustanda dəmiryol stansiyası ərazisində güclü yanğın – VİDEO (Yenilənib)

“Yanğın dartı yarımstansiyasında yerləşən 110/35 kV-luq transformatorda olub”.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd olunub ki, dəmir yolu sahəsinin yaxınlığında yerləşsə də, yarımstansiya ADY-nin enerji təchizatı sisteminə daxil deyil:

“Məlumat üçün bildirək ki, dəmir yolu infrastrukturuna ziyan dəyməyib”.

* * * * *

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən dəmiryol stansiyası ərazisində güclü yanğın baş verib.

Hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner