Göygöl rayonunun Aşıqlı kəndi ərazisində baş verən qismi torpaq sürüşməsi ilə bağlı tədbir görülüb.
Yolun hərəkət hissəsinə sürüşən torpaq qatı aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənib.
Avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib.
* * * * *
Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.
Rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.
Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.
Hazırda bu istiqamətdə tədbirlər görülür. (Report.az)

