EvKriminalİş yerindən 6 ton metal avadanlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

İş yerindən 6 ton metal avadanlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8 min manat olan 6 ton metal avadanlıq oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SON XƏBƏRLƏR
Mövzu üzrə