EvKriminalBakıda avtomobildən bahalı boyunbağı oğurlandı: Polis keçmiş məhkumu yaxaladı

Bakıda avtomobildən bahalı boyunbağı oğurlandı: Polis keçmiş məhkumu yaxaladı

Bakıda keçmiş məhkum avtomobili qarət edib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamaldakı avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4 300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə