Среда, 20 мая, 2026
SİZİN REKLAMINIZ BURADA
EvОбществоNeftçalada brakonyerlər saxlanıldı

Neftçalada brakonyerlər saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala Ovçuluq Təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdəverilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyən edilib.

Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.

Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner