Şənbə, May 16, 2026
EvHadisəGoranboyda maşın motosikletlə toqquşub, xəsarət alan var

Goranboyda maşın motosikletlə toqquşub, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Zahid Yüzbaşıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments