• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

by
Avqust 9, 2025
in Cəmiyyət
0

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris Hava Limanında baş verib.

Median.Az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.

Valideynlər saytımıza bildiriblər ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib:

“İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu. Təxminən bir ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm. Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.

Hamısı yalandır. Bu necə ola bilər? Biz uşaqlarımıza çox yaxşı baxırıq. Onlara niyə əzab verək? Nə isə bu şikayətlərdən sonra “Jugendamt” (Almaniyada ailəiçi zorakılıq, uşaq hüquqlarının təmin olunması və digər sosial müdafiə hallarına müdaxilə edən təşkilat – red.) işə qarışdı. Əvvəlcə məni xəstəxanadan çıxmağa belə qoymurdular. Sonradan uşağa nəzarət üçün evimizə türk müəllim yolladılar. Həmin qadın da bizimlə yola getmədi. Hər dəfə bir bəhanə gətirirdi ki, uşağa belə baxın, elə baxın. Nəhayət, uşaqları götürüb, birdəfəlik vətənə qayıtmağa qərar verdik. Parisə çatanda da başımıza bu iş gəldi”.

Artıq 3 gündür uşaqlarından ayrı düşdüyünü bildirən ailə övladlarının hazırda sığınacaqda olduğunu qeyd edir. Yaxın günlərdə uşaqların Avropadan çıxışına qoyulan qadağanın götürülməsi tələbi ilə məhkəmə keçiriləcək.

Valideynlər məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə də məlumat veriblər:

“Səfirliyin nümayəndəsi dedi ki, Almaniya uşaqların Avropadan çıxışına qadağa qoyub. Məsələ ilə məşğul olurlar.”

Previous Post

İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib – Video

Next Post

Biləsuvarda yolda avtomobil yanıb – Yeni Ələt-Astara magistralı bağlanıb

Next Post

Biləsuvarda yolda avtomobil yanıb - Yeni Ələt-Astara magistralı bağlanıb

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.