• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

Qubada qadın ZƏHƏRLƏNDİ: “Azəriqaz” işçisinə cəza verildi

by
Dekabr 6, 2025
in Kriminal
0

Qubada “Azəriqaz” əməkdaşı zəhərlənmə faktına görə cəzalandırılıb.

Median.Az Lent.az-a istinadla xəbər verir ki, rayonun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Lakin xoşbəxtlikdən, qadın xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxıb və əri tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qubanın Zərdabi və Barlı qəsəbələrində qaz təsərrüfatının nəzarətçisi vəzifəsini daşıyan 21 yaşlı Orxan Salamov (ad və soyad şərtidir) məsuliyyətə cəlb olunub.

İttiham aktına görə, onun vəzifəsi həmin qəsəbələrdəki evlərə ildə bir dəfə baxış keçirərək, qazla bağlı avadanlıqların düzgün quraşdırılmasına nəzarət etmək olub. O, aşkar etdiyi nöqsanlar barədə akt yazmalı, bir ay sonra nöqsan aradan qaldırılmadığı təqdirdə abonentə qazın verilməsi dayandırılmalıdır. Lakin o, Zərdabi qəsəbəsində yerləşən evlərdən birinin hamam otağındakı su qızdırıcısına baxış keçirməyib və aktı özü dolduraraq imzasını çəkib.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Orxan Salamov ifadəsində zəhərlənmə olan evə baxış keçirmək istəsə də, qapının bağlı olduğunu deyib:

“Yoxlama üçün həmin evə yaxınlaşdıq, amma qapısı bağlı idi. Ev sahibinin nömrəsini qonşulardan öyrəndim. İşimiz çox idi deyə digər işlərimizi görüb yenidən həmin evə qayıtdıq. Ev sahibi barəsində öyrəndiyim məlumatları mənə verilən müayinə kağızına yazıb, imza yerinə də öz imzamı qeyd etdim. Daha sonra həmin evdə zəhərlənmə hadisəsi oldu və prokurorluqda saxta akt tərtib etdiyimi etiraf etdim”.

Orxan yaşının az olduğunu və əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən tərəf də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin qərarı ilə Orxan Salamov qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il doqquz ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Previous Post

Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?

Next Post

Leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Next Post

Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.