• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu, tələbi rədd olundu

by
Dekabr 25, 2025
in Cəmiyyət
0

“Ramiz Mehdiyev bilirdi ki, mən bu bağı möhtərəm Prezidentin sahibkarlara çağırışına cavab olaraq salmışam. Buna baxmayaraq, göstəriş verdi, 10 hektar fındıq bağımı buldozerin qabağına verdirib məhv etdilər. Məqsəd torpaq deyildi, məqsəd ölkə rəhbərliyindən narazılıq yaratmaq idi…”

Median.Az xəbər verir ki, bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur Nəmətulla oğlu İbrahimov deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə artıq 8 ilə yaxındır məhkəmələrdə çəkişir:

“Şimal zonasında kürəkəninin törətdiyi cinayətlərin hər biri Ramiz Mehdiyevin birbaşa himayəsi altında baş tutub. Ramiz Mehdiyev olmasaydı, onun kürəkəni ölkənin şimalında bu cür “at oynatmağa” cürət etməzdi. Bütün bunlar Mehdiyevin dövlət çevrilişi planlarına uyğun, sistemli şəkildə aparılıb. Kürəkəni başına yığdığı mütəşəkkil dəstə ilə şimalda sahibkarları çökdürməklə, sadə insanları işsiz qoymaqla kütləvi narazılıq yaradırdı”.

Sahibkar bildirib ki, bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması həmin dövrdə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarıb:

“Şükür Allaha ki, möhtərəm Prezident “dəmir yumruğu”nu daxildəki ermənilərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun yanındakıların müdafiəçiləri tapılır. Bununla bağlı müvafiq qurumlara və rəhbər şəxslərə müraciətlər hazırlayıram”.

Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə faktiki olaraq onunla və kürəkəni ilə eyni vaxtda mübarizə aparmalı olub. Bu müddətdə Mehdiyevin kürəkəninin məhkəmələrdə dövriyyəyə buraxdığı “sürtülmüş” iddialar bir-birini əvəzləyib.

Bu günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İlham Əlisəftər oğlu Əliyevin apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Kommersiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.

Söhbət Ramiz Mehdiyevin hələ yüksək vəzifədə olduğu 2018-ci ildə şabranlı sahibkar Mansur İbrahimovun şirkəti – “Turaz” MMC-nin qəsb edilməsi ilə bağlı qalmaqallı məhkəmə işindən gedir.

Sahibkarın sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni tutduğu mövqenin verdiyi toxunulmazlıqdan istifadə edərək Şabranda mütəşəkkil dəstə formalaşdırıb, ona və digər sahibkarlara qarşı açıq basqılar həyata keçirib:

“Gözlərinə xoş görünən şirkətləri, torpaq sahələrini ələ keçirirdilər. Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı çağırışına cavab olaraq Şabranda 10 hektar fındıq bağı salmışdım. Bağ artıq məhsul verməyə hazır idi. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən imarətinə gedərkən həmin ərazidə dayanıb, yerli icra hakimiyyətinə göstəriş verdi və bağım darmadağın edildi. Qanunsuz göstəriş dərhal icra olundu”.

Mansur İbrahimov iddia edib ki, bu addımlar təsadüfi olmayıb, məqsəd şimal zonasında süni narazılıq yaratmaq, ölkə rəhbərliyinin siyasətinə qarşı ictimai etimadı sarsıtmaq olub. Bununla kifayətlənməyən İlham Əlisəftər oğlu Əliyev qəsb etdiyi “Turaz” MMC adından çıxış edərək, illər boyu sahibkarı məhkəmələrə sürükləyib, qalan əmlakını da əlindən almağa cəhd göstərib. O, Mansur İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı iddia qaldıraraq bağlanmış müqavilələrin etibarsız sayılmasını, torpaqla bağlı çıxarışların, plan və ölçü sənədlərinin ləğvini tələb edib. Bununla da illər əvvəl törədilmiş qanunsuzluqları ört-basdır etməyə çalışıb. Lakin məhkəmə bu tələbləri qanunsuz və əsassız hesab edib. Apellyasiya instansiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, birinci instansiya məhkəməsinin işi düzgün araşdırdığı və maddi-hüquqi normaların pozulmadığı qənaətinə gəlib. Nəticədə İlham Əlisəftər oğlu Əliyevin şikayəti təmin edilməyib, Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb.

Bu qərar torpaq sahəsinin və ona dair sənədlərin hazırkı hüquqi statusunu qoruduğunu təsdiqləməklə yanaşı, Ramiz Mehdiyevin kürəkəninin illərdir davam edən iddialarının növbəti hüquqi iflasla nəticələndiyini də göstərir.

Previous Post

Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü

Next Post

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib

Next Post

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.