• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ

by
May 4, 2026
in Əsəs Xəbərlər, Siyasət
0

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Sabahınız xeyir və Bakıdan salamlar. Əvvəlcə mən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm.

Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı – benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl – bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.

Yekun olaraq mən baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və Nikol Paşinyanın şərhləri bunu aydın şəkildə göstərir. Mən Zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun”.

Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edərək, indi Azərbaycanla sülhə nail olunduğunu, artıq iki ildir heç bir tərəfdə itki olmadığını və bu dövrün müstəqilliyimizdən bəri yaşadığımız misilsiz illər olduğunu bildirib. Qeyd edib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Ermənistanın baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da, Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğulayıb və ümidvar olduğunu bildirib ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın “Avropa Siyasi Birliyi”nin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta tədbir iştirakçılarına və videokonfrans vasitəsilə toplantıya qoşulan Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bildirib ki, bu toplantı tarixi səciyyə daşıyır, çünki onun keçirilməsi Ermənistan və Azərbaycan arasında razılaşma sayəsində mümkün olub. Bu razılaşma Avropada bir sülh hekayəsidir, eskalasiyanın və müharibənin hökmranlıq etdiyi bir dünyada alqışlanmalıdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışına mühüm mesajla başlayıb.

“Biz Ermənistana və Azərbaycana yalnız sülh – dayanıqlı, hərtərəfli, uzunmüddətli sülh arzulayırıq. Biz bunu, baş nazir, sizə, Prezident Əliyevə və hər iki ölkənin xalqlarına arzulayırıq”, – deyə o xüsusi vurğulayıb.

Kanadanın Baş naziri Mark Karni də Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində əldə olunmuş tərəqqiyə görə təbriklərə qoşulduğunu bəyan edib və Prezident İlham Əliyevi salamlayıb.

Previous Post

Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq

Next Post

Filippində 6 bal gücündə zəlzələ olub

Next Post

Filippində 6 bal gücündə zəlzələ olub

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.