• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

Nevroloji problemlərin yaranma səbəbləri

by
Yanvar 25, 2019
in Maraqlı
0

İnsanlarda nevroloji problemlər son vaxtlar artıb. Gündəlik həyatda yaşanan stress, yanlış qidalanma və digər amillər nevroloji problemlərə gətirib çıxarır ki, bu da insan sağlamlığında fiziki qüsurlara səbəb olur. Bu və digər mövzularla bağlı e-tibb.az-ın suallarını Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu, neyrofizioloq, neyroreabilitoloq, idman sahəsi üzrə dietoloq və nutrisioloq Lalə İbrahimova cavablandırıb.

– Lalə həkim, istər dünyada, istər ölkəmizdə insanlarda nevroloji problemlərə rast gəlinməsi halları artıb. Nevroloji problemlər insanlarda özünü necə büruzə verir?

– İnsanlarda nevroloji problemlər özünü, əsasən ağrılar, baş hərlənməsi, yuxu pozğunluğu, həyəcan, ətraflarda hissiyyatın pozulması, əsəbilik və s. kimi göstərir. Nevroloji problemləri olan insanlar həyatlarından məmnun olmurlar, yaşamaqdan zövq almırlar, bir sözlə yaşamırlar, sadəcə, mövcud olurlar. Bu vəziyyət isə, əmək qabiliyyətinin kəskin sürətdə aşağı düşməsinə səbəb olur. Düzgün diaqnoz qoyulub, düzgün müalicə aparılmasa, nevroloji problemlər hipertonik kriz, insultlar, artrozlar və s. kimi fəsadlar yarada bilər. Bu isə sonda əlilliyə səbəb olur.

– Bəs, hansı amillər nevroloji problemlərin yaranmasına səbəb olur?

– Mübadilə pozğunluqları, stress, bioloji ritmin düzgün qurulmamağı, düzgün qidalanmamaq, travmalar və s. nevroloji problemlərin yaranmasına səbəb olur. Mən həmçinin bir məsələyə toxunmaq istəyirəm. Fitnesslə məşğul olduqdan sonra nevroloji problemlərlə bizə müraciət edənlərin sayı artıb. Bu cəmiyyətimizdə çox ciddi problemdir. Fitnesslə məşğul olmaq istəyən şəxslər, idmançılar mütləq müayinə olunmalıdırlar. Dayaq hərəkət sisteminin vəziyyəti, ən əsası bütün əzələlərin funksional vəziyyəti dəyərləndirilməlidir. Çünki çox vaxt problemi olan əzələlərə əlavə fiziki yüklənmə verdikdə, əzələdə distrofik dəyişikliklər artır və yekunda nevroloji problemlərin kəskinləşməsinə səbəb olur.

– Siz özünüz trigger nöqtələrinin terapiyası ilə məşğul olursunuz. Trigger nöqtələrinin baş ağrılarını, oynaq ağrılarını, qıc olmaları aradan qaldırması barədə fikirlər mövcuddur. İstərdik ki, trigger nöqtələrinin terapiyası barədə danışasınız…

– Mən artıq bir neçə ildir ki, trigger nöqtələrinin elektropunkturası və elektroakapunkturası ilə məşğulam. Prosedura trigger point adlanır. Bu prosedura yalnız baş ağrılarında deyil, həmçinin oynaqlarda əməliyyatdan sonra yaranmış ağrılar, oynaq ağrıları, keyləşmələrdə, şəkərli diabet zamanı ayaqlardakı qıcolmalarda, əzələ yırtıqlarında, tunel neyropatiyalarında tətbiq edilir. Stresslərin, depressiyaların terapiyası kimi bu proseduranı tətbiq etmirəm. Trigger nöqtələri ağrı nöqtələridir. Bu nöqtələr açılınca orqanizmdə endorfin sintezi artır, insanların əhval-ruhiyyəsi yaxşılaşır. Bu xoşbəxtlik hormonu adlanır. Təsəvvür edin ki, ağrı ilə və ya başqa şikayətlərlə müraciət etmiş qəmli, kədərli pasiyentin əhval-ruhiyyəsi qəfil dəyişir, gülür, sevinir. Bu anı kənardan müşahidə etmək isə çox xoşdur.

– Uzun müddətdir ki, peşəkar idmançıların reabilitasiyası ilə məşğul olursunuz. İdmançılarla sıravi insanların reabilitasiyası arasında hansı fərqlər var?

– İdmanda reabilitasiya dərman, fiziki və psixoloji istiqamətdə olmalıdır. İdmançılar sıravi insanlar kimi deyillər. Onlar travmalara tez-tez məruz qalırlar. Təsəvvür edin ki, hər idmançının yarış zamanı yaşadığı stressin dərəcəsi, bir əsgərin döyüş zamanı yaşadığı stress qədərdir. Burada bir məsələyə toxunmaq istəyirəm. Sıravi insanlar ildə iki dəfə 10-15 günlük fizioproseduralar qəbul edə bilərlər. Bunun orqanizmə heç bir ziyanı yoxdur. Amma təsəvvür edin ki, idmançı tez-tez travma alır, ağrı yaranır və təyinatda azı 3 prosedur olmaqla 10 günlük fizioterapiya təyin olunur. Bir neçə gün sonra idmançı başqa bir nahiyəsindən travma alır, yenə də təxmini 20-30 prosedur qəbul edir. Bu şəkildə fizioterapiya davam edir. Bu sayda elektroprosedurlar orqanizmə ziyandır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ağrılar zamanı onun aradan qaldırılmasında bütün fizioterapevtik proseduralar trigger nöqtələrinin açılmasına istiqamətlənib. Mən bu gün çox şadam ki, bizim idmançıların çoxunun trigger nöqtələri haqda məlumatı var. Trigger point prosedurası zamani biz bu problemləri idmançılarda 1-2 seansla aradan qaldırırıq.

– İdmanda qidalanma və qida əlavələri haqda da qısaca olaraq fikirlərinizi bilmək istərdik.

– İdmançıların reabilitasiyasında qidalanma çox mühüm rol oynayır. Bu idmançının performansı, travmaların azalması, zədələrin tez sağalması üçün önəmlidir. İdmançılarda sutkalıq lazım olan kilokalori çox yüksəkdir. Bunu yalnız qida ilə tamamlamaq çox çətindir və deyərdim ki, mümkün deyil. Bu halda qida əlavələrindən istifadə olunmalıdır. Qida əlavələrindən istifadə idmanın növündən, məşqlərin sayından və qan analizlərinin nəticələrinə əsasən təyin edilməlidir. Əks halda, yəni müayinəsiz qida əlavələrini qəbul etmək ürək, böyrək, qaraciyər, əzələlərin funksiyasına ciddi zərər gətirə bilər.

Previous Post

Əlil və şəhid ailələri daha 10 il mənzillə təmin olunacaqlar (SƏRƏNCAM)

Next Post

Qohumlar arasında mübahisə güllələnmə ilə bitdi

Next Post

Qohumlar arasında mübahisə güllələnmə ilə bitdi

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.