• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

87 yaşlı kişidən marketdə gənc qıza qarşı ŞOK HƏRƏKƏT: əxlaqsızlıq təklif etdi və… – BAKIDA

by
Yanvar 25, 2019
in Kriminal
0

Bakıda əxlaqsızlıq təklif edən yaşlı kişini öldürməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Rəşid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.az xəbər verir ki, hadisə 2017-ci il, iyulun 2-də Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllədə baş verib. Rəşad Muradov paytaxt sakini, 1931-ci il təvəllüdlü Nikolay Qabulxayevi qətlə yetirib.

Marketdə əxlaqsızlıq təklifi

Belə ki, qətlə yetirilən Nikolay Qabulxayev Rəşid Muradovun qeyri-rəsmi yaşadığı Natalya Paçulyanın satış təmsilçisi kimi işlədiyi “Favorit” marketə müştəri kimi gəlib.

Nikolay marktin kassasında olan Natalyaya seksual xarakterli hərəkətlər etməyi təklif edib. Natalya özündən yaşca çox böyük olan ağsaqqal kişiyə seksual hərəkətlər etmək barədə dediyi təklifini rədd edib.

Qisasçılıq

Daha sonra axşam evə gələn Natalya qeyri-rəsmi nikahda yaşadığı Rəşid Muradova gündüz baş verən olayı danışıb. Rəşid sevgilisinə seksual xarakterli hərəkətlər etmək istəyən həmin şəxsdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Ertəsi gün Rəşid Muradov sevgilisinin işlədiyi marketin qarşısına gəlib. O, müştəri kimi marketə gələn Niklayı gözləyib.

Növbəti əxlaqsızlıq təklifi

Təxminən saat 11.51-də Nikolay çörək almaq məqsədilə marketə gəlib. Marketdən çörək alan Nikolay yenə də Natalyanın olduğu kassaya yaxınlaşıb.

Həmin vaxt Niklay evdə tək yaşadığını deyərək Natalya ilə cinsi əlaqədə olmaq istədiyini deyib. Onun bu təklifini Natalyanın yanında olan sevgilisi Rəşid eşidib.

Natalya yenə də təklifə rədd cavabı verdikdən sonra Nikolay marketdən çıxıb. Bir qədər aralanan Nikolaya arxadan Rəşid yaxınlaşıb.

“Nənəmin Təndiri”ndə qətl

Ə.Haqverdiyev küçəsində yerləşən “Nənəmin Təndiri” adlı mağazanın arxa hissəsində hərəkət edən Nikolaya yaxınlaşan Rəşid onu döyərək, çoxsaylı xəsarətlər yetirib.

Nikolay hadisə şahidlərinin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Həmin gün saat 18.30-da Nikolay vəfat edib.

İstintaq orqanı tərəfindən Rəşid Muradovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqda zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Qətl, yoxsa ehtiyatsızlıq?

İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əlövsət Abbasovun icraatına verilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşid Muradov qətli qisas almaq məqsədilə törətməyib. O, yaşlı kişinin bu hərəkətlərinə irad tutmaq üçün arxasınca gedib.

Rəşid Nikolaya arxdan yapışarkən sonuncu yerə yıxılıb və başından xəsarət alıb. Nikolay xəstəxanada tibbi yardım alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2 il cəza

Bu səbəbdən Rəşid Muradovun əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Hökmdən narazı qalan Rəşid Muradov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Prokurordan etiraz

Bundan başqa, prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Rəşid Muradovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya protesti və şikayətinin dəlillərini araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.

Məhkumun cəzası ağırlaşdırılmadı

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Rəşid Muradovun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ağırlaşdırcı halların müəyyən edilməsi üçün iş materiallarının yenidən apelyasiya instansiyasına göndərilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada kasasiya protestinin dəlilləri araşdırılıb. Sonda kasasiya protestinin təmin olunmaması barədə qərar elan edilib. (publika.az)

Previous Post

Qohumlar arasında mübahisə güllələnmə ilə bitdi

Next Post

Nazirin göstərişi ilə DYP-nin iki şöbə rəisi Lənkərana getdi – SƏBƏB

Next Post

Nazirin göstərişi ilə DYP-nin iki şöbə rəisi Lənkərana getdi – SƏBƏB

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.