• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Çərşənbə axşamı, May 12, 2026
  • Login
Median.Az
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Bakıda sənədsiz evlər nə vaxt sənədləşdiriləcək?

by
Fevral 15, 2021
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bakıda sənədsiz evlərin sənədləşdirilməsilə bağlı ölkə rəhbərinin tapşırığından 10 il keçir.

2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib.

2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, ötən il də bu problem yenidən gündəmə gəldi. Prezident İlham Əliyev müvafiq qurumlara tapşırıq verdi, bələdiyyələr bəzi yerlərdə sənədsiz evlərin qeydiyyatını apardı.

Lakin pandemiya, ardınca da Vətən Müharibəsi “sənədsiz evlər” problemini yenə yaddan çıxardı.

Əslində bu, cəmiyyət üçün cox ciddi problemdir. Çünki 500 mindən çox sənədsiz ev var. Hər evdə də orta statistik göstərici ilə 4 nəfərdən ibarət ailə yaşayır, yəni 2 milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.

Bu vətəndaşlar Bakı şəhərində və ətraf qəsəbələrdə yaşasalar da, qeydiyyatları ya rayondadır, yaxud da heç bir yerdə qeydiyyatda deyillər. Bu isə vətəndaşlara, eyni zamanda dövlət qurumlarına ciddi problem yaradır, ancaq problem həll edilmir.

Bu da sənədsiz evlərin sahibi olan vətəndaşlarda sual yaradır ki, prezident İlham Əliyev problemin həll edilməsi ilə əlaqədar fərman və dəfələrlə tapşırıq verdiyi halda, mexanizm niyə işə düşmür və problem həll edilmir?

Bu və digər suallara cavab almaq məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, sənədləşdirmə işləri bu ildən davam etdiriləcək:

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə müəyyənləşdiriliş vəzifələr fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edir. Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edildi”, – deyə nazirlikdən bildirilib.

O da vurğulanıb ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu:

“Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verdi.

Sonradan Fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlər siyahısı daha da təkmilləşdirildi. Fərman əsasında 2015-ci il yanvar ayından etibarən yüz mindən artıq ev sənədləşdirilib.

Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı dövlət başçısının tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiq edildi”.

Qeyd edək ki, müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq, yerli ekspert komissiyaları formalaşdırıldı:

“Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. 2020-ci ildə pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, 2021-ci ildən isə inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Hazırda bu problemin həlli istiqamətində addımlar atılır?

Nazirlikdən bildirilib ki, yuxarıda da qeyd olunduğu kimi, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işlərinin 2021-ci ildə davam etdirilməsi planlaşdırılır:

“İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir”.

Previous Post

“Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngindir” – Hande Harmancı

Next Post

Sosial iş yerlərində şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsini dövlət ödəyəcək

Next Post

Sosial iş yerlərində şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsini dövlət ödəyəcək

Recent Posts

  • Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
  • Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)
  • Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq
  • Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi
  • 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In