• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Çərşənbə axşamı, May 12, 2026
  • Login
Median.Az
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

“Azərbaycan ordusu bir addım da geri çəkilməyib”

by
May 17, 2021
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“Tamamilə fərqli siyasi baxışlara malik olan erməni siyasətçilərinin açıqlamalarından bəlli olur ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyib”.

Bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədindəki son duruma diqqət çəkib:

“Bir neçə gündür Qaragöl ətrafında yaranmış vəziyyətlə bağlı ermənilərin bütün populyar internet resurslarını və həmçinin Azərbaycan mediasının nəyin bahasına olur-olsun “xəbər siyasətində” önə çıxmağa çalışan zümrəsinin fəaliyyətini izləyirəm. Sayı gündən-günə artmaqda olan ekspertlərimizin – buna ehtiyac var – bəzən tələm-tələsik yazılan “şərhlərini” oxuyuram. Ermənilərlə bağlı vəziyyət aydındır. Keçmişin küllüklərində eşələnirlər. Gələcək haqqında heç nə deyilmir.

Bizimkilərin bir hissəsi ermənilərin sosial şəbəkələrdə paylaşdıqları “xəbərlər”in üzərində baş sındırır, başqa bir hissəsi isə mənşəyi bəlli olmayan, bir çox hallarda isə klassik erməni “yaradıcılığı”nın məhsulu olan “informasiyaları” təhlil edirlər. Bircə o qalıb ki, Qaragöl qlobal geosiyası proseslərin mərkəzi elan olunsun…

Əslində ermənilər Qaragöl məsələsində türklərin (azərbaycanlıların) istədiklərinə nail olduqlarını deyirlər. Məsələn, sabiq baş nazir Qrant Baqramyanın sözlərinə görə, bütün yüksəkliklər Azərbaycanın nəzarətindədir. Sitat: “Hazırda azərbaycanlılar bizim qanuniləşdirdiyimiz razılaşmaya əsasən Sünik (Zəngəzur) ərazisindədirlər. Yalnız toyuq beyninə sahib olmalısan ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası başa çatmayacaq. O zaman başa çatacaq ki, azərbaycanlılar Süniki (Zəngəzuru) tamamilə “udacaqlar”. Bəzi müxalifətçilər (Köçəryan və Sarkisyanı nəzərdə tutur) tələm-tələsik və sevincək problemin həll olunduğunu bildirilər. Amma arxı hoppanmamış “hop” demək lazım deyil”.

Elçin Mirzəbəyli bildirib ki. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan da Təhlükəsizlik Şurasının iclasında əsas diqqəti ölkə daxilindəki proseslərə yönəldib:

“Sitat: “Qeyd etmək istəyirəm ki, yaranmış vəziyyəti daxili siyasi spekulyasiyaların predmetinə çevrilməməsi ilə bağlı çağırışlarıma baxmayaraq, mahiyyət etibarilə Azərbaycanyönlü qüvvələr var və onlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bunu deməkdən çəkinmirəm: Ermənistan Respublikasında Azərbaycanın informasiya savaşının agentləri var”.

Qrant Baqramyandan fərqli olaraq, Nikol Paşinyan Azərbaycan hərbçilərinin mövqelərində hər hansı bir dəyişikliyin baş vermədiyini vurğulayıb və yenidən baş verənləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müstəvisində çəkmək istəyib ki, burada da onun məqsədi müharibədən öncəki, xüsusulə də Tovuz döyüşlərindən sonrakı ritorikasını davam etdirməkdən, KTMT-nin, dolayısıyla isə Rusiyanın Ermənistanın təhlükəsizliyinə təminat verə bilmədiyini ictimai rəyə çatdırmaqdır.

Paşinyanın maraq doğuran iddialarından biri də sərhədlə bağlı məsələnin üçtərəfli formatda, yəni Rusiyanın iştirakı ilə tənzimlənməsidir. Nikol öz iddialarını əsaslandırmaq üçün Ermənistanla Azərbaycan arasında birbaşa əlaqənin olmadığını bildirir və 10 noyabr 2020-ci il bəyanatına istinad edir. 10 noyabr bəyanatında isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı heç nə yoxdur. Bu baxımdan da prosesdə üçüncü tərəfin iştirakı hüquqi baxımdan mümkün deyil.

Qeyd edim ki, Ermənistanın Kut qəsəbəsinin meri Sima Çitçiyan ölkə mətbuatına açıqlamasında azərbaycanlıların öz əvvəlki mövqelərində qaldığını bildirib. Sitat: “Hər şey olıduğu kimi qalır, onlar (Azərbaycan hərbçiləri –E.M.) yuxarıda, bizimkilər isə aşağıdadırlar. Biz iki müharibə görmüşük, amma düşmən heç vaxt bu qədər yaxınlıqda olmayıb”.

Sünikin sabiq qubernatoru, Robert Köçəryanın yeni müttəfiqi Vaqe Akopyan da Ermənistan mətbuatına açıqlamasında azərbaycanlıların mövqelərində hər hansı bir dəyişikliyin olmadığını bildirib. Sitat: “Azərbaycanlıların və ermənilərin bərabər sayda mövqeyi və əsgəri olacaq. Məndə olan məlumata görə, Hər tərəfdən 4 mövqenin və 60 əsgərin olacağı gözlənilir”.

Tamamilə fərqli siyasi baxışlara malik olan erməni siyasətçilərinin açıqlamalarından bəlli olur ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyib. Amma nədənsə “beşinci kolon”un ənənəvi təmsilçiləri və onların “ekspertləri” düşmənin belə etiraf etdiyi reallıqları həzm edə bilmirlər”./Teleqraf

Previous Post

“Avroviziya”nın favoriti dəyişdi

Next Post

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etdi

Next Post

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət etdi

Recent Posts

  • Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
  • Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)
  • Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq
  • Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi
  • 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In